Şah Sarayı şadlıq evi Gəncəbasarın müasir memarlıq incilərindəndir. Bir neçə memar və saray rəhbərliyinin işləyib hazırladığı layihə əsasında inşa olunan Şah Sarayı memarlıq üslubu və ümumi tərtibatı baxımından milliliyimizi qoruyub saxlamaqla yanaşı, müştərilərin komfort və rahatlığı baxımından analoqu olmayan bir tikilidir. Binanın tərtibatı qədim Şərq memarlıq məktəbinin müasir restoran biznesinə uyğunlaşdırılması nəticəsində meydana gələn bənzərsiz bir tərtibatdır. Tərtibata diqqətlə fikir verdikdə Siz ulu şərqin möhtəşəm naxışlarından geniş istifadə olunduğunu, Şah Sarayı loqotipinin (embleminin) inventarlarda yüksək zövqlə tətbiq olunduğunu və həmçinin təkrarolunmaz möhtəşəmliyin şahidi ola bilərsiniz.
Binanın layihəsi və tərtibatı zamanı istər memarlar, istər saray rəhbərliyi Gəncə Şahları olan Ziyadoğullarının sarayı barədə müxtəlif məlumatlar toplamış və bu məqsədlə bir neçə dəfə Tiflis arxivinə müraciət etmişlər. Toplanılan materiallar müasir restoran biznesinə uyğunlaşdırılaraq Şah Sarayının tikinti və tərtibatında tətbiq olunmuşdur.
Şah Sarayı Gəncəbasar şadlıq sarayları arasında öz memarlıq üslubu və tərtibatı ilə yenilikçi olduğu kimi restoran biznesi və kütləvi şənliklərin təşkilində də regiona bir sıra innovasiyalar (yeniliklər) gətirmiş oldu. Belə ki, istər personal xidməti, istər mətbəx istərsə də müştəri rahatlığı və gigiyenik hazırlanma baxımından Şah Sarayı 3 iyun 2004-cü ildən regionda liderdir. Toy və nişan şənliklərinin təşkili zamanı gənclərin zövqünün nəzərə alınması Şah Sarayını region gəncləri arasında ən sevimli şadlıq evinə çevirmişdir. Aparılan statistik sorğular zamanı «Öz toyunuzu harada qeyd etmək istərdiniz?» sualına hər 100 gəncdən 65-nin «Şah Sarayında» cavabını verməsi bizim ən böyük nailiyyətimizdir.
Lakin biz sadaladığımız nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Daimi sürətdə marketinq bazarımızı genişləndirərək biz müştərilərin ildən-ilə dəyişən zövqünü təmin etməyə çalışır və dünyanın aparıcı restoran və əyləncə mərkəzləri ilə partnyorluq əlaqələri qururuq. Hər il personal üçün xaricdən dəvət olunan peşəkarların iştirakı ilə məcburi seminarlar keçirir və onların peşə hazırlığını artırmağa çalışırıq. İsti və soyuq təamlarımızdan nümunələrin daimi surətdə, könüllü olaraq sanitar laboratoriyalarına göndərməmiz müştərilərimizin sağlamlığına daha çox önəm verməmizdən irəli gəlir.
Biz sizlər üçün həqiqətən Şahlara layiq bir məkan yarada bilməyimizlə fəxr edir və bu məkanı Şahlara layiq diqqət və qayğı ilə əhatə etməyə çalışırıq.
Ünvan: Gəncə şəhəri, Vəli Xuluflu küçəsi Xəmsə bağı, Şah Sarayı
Telefon: (+99422) 52-34-52, (+99455) 552-34-52
E-mail: info@shakh.biz






